Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) işğal olunmuş Qüdsdə baş verən bu günkü əməliyyatın işağlçı rejim cinayətlərinə adi bir cavab olduğunu elan edib.
Əl-Aləm telekanalının məlumatına əsasən, Həmas sözçüsü Hazim Qasim elan edib: Qüdsdə qəhrəmancasına həyata keçən əməliyyat cinayətkar işğalçı rejimin “Əqəbə Cəbr” düşərgəsində Fələstin xalqına qarşı son cinayətlərinin təbii bir cavabı idi.
Hazim Qasim həmçinin qeyd edib: Fələstin xalqı və onların arxasında dayanmış müqavimət qrupları işğalçılara qarşı dayanacaq və onların bu torpaqlarda məhvinə qədər vuruşacaq. Çünki Fələstin xalqı onları dalana dirədəcək.
Həmas sözçüsü həmçinin vurğulayıb: Fələstinli inqilabçı gənclərin işğalçılara endirdikləri davamlı zərbələr bu xalqın İsraildən heç bir qorxusu olmadığının göstəricisidir. Fələstin xalq inqilabının qarşısında heç kəs dayana bilməz.
Həmas sözçüsü söhbətinin davamında sionist rejimə xitabən deyib: Hər bir əməlin öz cavabı olduğu kimi fələstinlilərə qarşı hər bir cinayətin də lazımi yerində cavabı olacaq.
Xatırladaq ki, bu gün işğal olunmuş Qüdsdə bir avtobus dayanacağında baş verən əməliyyatda 2 israilli həlak olub və 6 əfər yaralanıb.