Fələstin seysmoloji mərkəzi bu gün (8 fevral) Nablos şəhərinin 26 kilometr şimal-şərqində zəlzələ baş verdiyini elan edib.
Əl-Aləm telekanalının məlumatına əsasən, zəlzələ 4,8 bal gücündə və yerin 10 kilometr dərinliyində baş verib.
Bu təbii fəlakət Qüds, Ramullah və Nablus şəhərlərində hiss olunub.
Məlumatda həmçinin 4,8 bal gücündə Nablousun 13 kilometrliyində yerləşən Bəhrul Məyt də zəlzələ mərkəzi qeyd olunub. İşğal olunmuş Fələstin və Livan sakinləri də zəlzələni hiss edib.
Qeyd edək ki, 3 gün əvvəl də Fələstinin şimalında 5 bal gücündə zəlzələ baş vermişdi.
Zəlzələ nəticəsində can itkisi və ya maddi ziyanın olub-olmaması barədə hələlik açıqlama verilməyib.
