Bakıda doqquz mərtəbəli binanın sonuncu mərtəbəsində baş vermiş yanğın söndürülüb.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, Qara Qarayev prospekti 106 ünvanında baş verən yanğın zamanı 5 kvadratmetr sahədə ev əşyaları yanıb. Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə FHN qüvvələri tərəfindən söndürülüb.
12:24
Bakıda doqquz mərtəbəli binanın sonuncu mərtəbəsi yanır.
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Bildirilir ki, yanğın “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında baş verib.
Hazırda əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.