Rusiyanın Tula vilayətinin Efremov şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində uçqun baş verib. Beş nəfər həlak olub. Faciyə səbəb kimi qaz sızması göstərilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.
Nazirliyin Tula vilayəti üzrə baş idarəsinin rəisi Aleksey Pavlov 7 nəfərin xilas edildiyini bildirib.
“Hazırda 7 nəfər xilas edilib, təəssüf ki, 4 nəfər dağıntılar altında qalıb. Ümumilikdə 8 mənzilə ziyan dəyib, işlər davam edir”, – deyə o, qeyd edib.
Pavlov vurğulayıb ki, “Efremov” mehmanxanda və 5 saylı uşaq bağçasının bazasında vətəndaşlar üçün iki müvəqqəti yaşayış məntəqəsi yaradılıb.