Əl-Qisam batalyonunun “Əqəbətun-Cəbr” qolunun mətbuat xidməti bu gün səhər tezdən işğalçı sionist rejim hərbçilərinin fələstinli düşərgələrə hücumu və batalyon mübarizləri ilə qarşıdurma olduğundan xəbər verib.
Əl-Aləm telekanalının məlumatına əsasən, agah qaynaqlar elan edib ki, Əriha məntəqəsinin cənubunda restorandakı silahlı əməliyyatdan bir həftə sonra işğalçı sionist rejim hərbçiləri Əqəbətun-Cəbr düşərgəsinə basqın edərək axtarışda olan fələstinli mübarizlərin ailə və qohumlarının evlərinə soxulublar.
Əqəbətun-Cəbr düşərgəsi batalyonu bu gün (4 fevral) bir bəyanatda elan edib: İşğalçı İsrail rejimi öz məqsədlərinə çatmaqda nakam qalaraq, ümidsizliklə Əqəbətun-Cəbri tərk etməyə məcbur oldu.
Batalyon həmçinin elan edib: Biz cihadi əməliyyatımızın başlandığını deyir, müqavimət yolumuzu davam etdirəcəyimizə görə Allahla əhd-peyman bağlayırıq. Əl-Qisam batalyonları daim işğalçı rejim qarşısında möhkəm dayanacağına söz verir.