Bakı-Sumqayıt şossesində “Toyota Prius” markalı avtomobilin sürücüsü sərnişini bıçaqlayıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin görüntülər araşdırılıb: “Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla Tural Rəhimovun 34 yaşlı Vəliyevə şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirdiyi məlum olub”. Nurlan Əliyevin sözlərinə görə, artıq xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
Sürücünün bıçaqladığı sərnişin qapını açıb özünü yola atdı – ANBAAN (Video izlə)
Əvvəlki yazı