Türkiyənin Bursa vilayətində suriyalı ailənin yaşadığı mənzildə baş verən yanğın nəticəsində doqquz nəfər həlak olub.
Qeyd olunur ki, ölənlərdən səkkizi azyaşlıdır.
Aidiyyəti qurumların apardığı araşdırma nəticəsində məlum olub ki, yanğın qatı tüstü ilə müşahidə edilib və ölənlər tüstüdən zəhərləniblər.
Hadisə vaxtı ailə başçısı evdə olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.