İngiltərədə təyyarəninı sərnişini göyərtədə dava salıb. Səbəbi isə stüardların ona spirtli içki tökməkdən imtina etməsi olub.
Belə ki, qadın bir qədəh şampan istəyib, biletin qiymətinə daxil olmadığı üçün rədd cavabı alıb. Qadın bundan o qədər qəzəblənib ki, heyət üzvlərindən birinin üzünə yumruq vurub.
“O, söyməyə və əsəbiləşməyə başladı. Bir anda o, ayağa qalxdı və uçuş zamanı qapını açmağa çalışdı”, – deyə stüardlardan biri baş verənlər barədə danışıb.
Təyyarənin pilotları Münhenə təcili eniş etməli olublar, burada artıq onu polislər gözləyib.