QafqazTimes xəbər verir ki, Fələstin mediası “Kəfər Əqəb” bölgəsindən olan 21 yaşlı şəhid Məhəmməd Şahamın cəsədinin yarılması ilə bağlı xəbər yayıb. Bu, onun baş və bədəninin yuxarı hissəsindən üç güllə ilə öldürüldüyünü göstərir.
“Arab 48” saytının xəbərinə görə, avqustun 15-də qəfildən Məhəmməd Şahamın evinə daxil olan İsrail əsgərləri onu yaxın məsafədən atəşə tutublar.
Şəhid Məhəmməd Şahamın ailəsinin dediyinə görə, güllə Məhəmmədin başına dəyərək, bu fələstinli şəhidin beyninin parçalanmasına səbəb olub. İkinci güllə onun sinəsinə, üçüncü güllə isə şəhidin kürəyinə dəyib.
Sionist işğal rejiminin məhkəməsi Şaham ailəsinin oğlunun cəsədinin yarılması ilə bağlı tələbinə razılıq vermişdir.
Şəhid Məhəmməd Şahamın ailəsi sionist qüvvələrin onun baş nahiyəsinə qəsdən atəş açdıqlarını və şəhid Məhəmməd Şahamın öldürüldükdən sonra cəsədini oğurladıqlarını açıqlayıb.
Bu yaxınlarda Şəhid əl-Şahamın atası elan etmişdi ki, oğlumun vəhşicəsinə öldürülməsindən sonra Qüdsün işğalçı qüvvələri əvvəlcə mənə Məhəmmədi səhvən öldürdüklərini dedilər, lakin sonra öz cinayətlərini ört-basdır etmək üçün oğlumun bıçaqla bu rejimin əsgərlərinə qarşı əməliyyat keçirmək planının olduğunu bildirdilər.
Şəhidin atası İbrahim həmçinin deyib: “İşğalçı qüvvələr Məhəmmədi şəhid etdikdən sonra onun cənazəsini naməlum bir yerə apardılar və onlar nə Məhəmmədlə vidalaşa, nə də onu dəfn edə bildilər.
