Gecə saat 02 radələrində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin yanında MTK-lardan birinin tikinti işləri aparması barədə sosial şəbəkələrdə video yayılıb.
İddia edilib ki, xəstəxananın içini toz və səs-küy bürüyüb.
“Anima MMC” şirkətlər qrupuna məxsus texnikalar burada bünövrə qazıb və bərkitmə işləri aparıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən sözügedən MTK-ya sanitar-gigiyenik qaydalara, tikinti normalarına riayət olunması, qonşu ərazilərdə yaşayan sakinlərin rifah halının qorunması məqsədilə xəbərdarlıq olunub.