QafqazTimes xəbər verir ki, Fələstinin “Şahab” xəbər agentliyi sionist rejimin Qəzzə zolağına son üç günlük hücumu zamanı ağır yaralanan fələstinli qız Lian Əl-Şairin “Əl-Məqasid” xəstəxanasında şəhid olduğunu açıqlayıb.
Qeyd edək ki, sionist ordusu mühasirədə olan Qəzzə bölgəsini üç gün ərzində intensiv bombardman etdikdən sonra Təl-Əviv rejimi və Fələstin İslami Cihad qrupu bazar günü (7 avqust) axşam saatlarında atəşkəs elan ediblər.
Fələstin Səhiyyə Nazirliyinin son rəsmi məlumatına görə, bu hücumlarda 15-i uşaq olmaqla 44 fələstinli şəhid olub, ən azı 350 mülki şəxs isə yaralanıb.
Bu hesabata görə, 2008-ci ildən bəri İsrail rejimi Fələstin ərazisində dörd müharibə edib ki, bu müharibələrdə dörddə biri uşaq olmaqla 4000-ə yaxın insanı qətlə yetirib.