Qafqaztimes xəbər verir ki, Yəmən İnqilabının rəhbəri bir bəyanat yayaraq Yəmən xalqını və İslam ümmətini müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib.
Əl-Məsirə xəbər saytının verdiyi məlumata görə Əbdül Məlik Bədruddin Əl-Hüsi Ramazan ayının ümməti islah etmək üçün lazım olan böyük bir fürsət olduğunu söyləyib.
Yəmən inqilabının lideri belə deyib: “Ramazan, ümmətin bir çox problemini həll etmək və çətinliklər qarşısında əzmkarlıq əldə etmək üçün bir fürsətdir.”
Əl-Hüsi, bu müqəddəs ayın bərəkətlərini əldə etmək üçün mübarək Ramazan ayına xüsusi əhəmiyyət verməyin vacibliyini vurğulayaraq bu nemətlərin başında nəfsin saflaşdırılması, təqvaya sahib olmaq və Allahın kitabı ilə əlaqəni gücləndirmək olduğunu söyləyib.
Yəmən İnqilabı rəhbəri belə əlavə edib: “İnsan cəmiyyətinin ABŞ və İsrailin başçılıq etdiyi zalım güclərin hökmranlığından əziyyət çəkdiyi bir dönəmdə İslam ümməti daha çox ilahi hidayətə və Qurani-Kərimin rəhbərliyinə ehtiyaclıdır.”
