Bakının Səbail rayonunda kuryoz hadisə baş verib.
Hadisə iyunun 13-də baş verib.
Belə ki, hüquq-mühafizə orqanlarına “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfinin çəkildiyi barədə məlumat daxil olub.
Sözügedən ərazinin 9-cu polis bölməsinin əməkdaşları divara “Z” hərfini çəkən şəxsin kimliyini müəyyən ediblər. Onun Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.
Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.