Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah cümə günü bu hərəkatın yüksək rütbəli komandirlərindən olan Mustafa Bədruddinin şəhadətinin altıncı ildönümü mərasimində çıxış edib.
Livan Hizbullahının baş katibi Şəhid Bədruddini mömin, inqilabçı və mücahid nəslin simvollarından biri adlandırıb və onun xüsusi zəka, cəsarət və güclü nitq qabiliyyətinə malik olduğunu bildirib.
O, daha sonra Fələstinin “Nikbət” gününə (İsrailin yaranmasının ildönümü) toxunaraq deyib: “Fələstin xalqı son yeddi onillikdə Fələstinin fəlakətli işğalının acı nəticələrini çəkib və Fələstinin işğalı səbəbindən bütün bölgə müharibə ocağına çevrilib.”
Nikbət gününün ildönümü aksiyalarında böyük fəallığa toxunan Nəsrullah qeyd edib ki, Fələstin xalqının müxtəlif arenalarda fəallığının hər kəsə mesajı budur ki, azadlığımızı əldə etmək üçün kimisə gözləməyəcəyik.”
Hizbullah baş katibi deyib: 15 May faciəsi təkcə Fələstinin faciəsi deyil, bütün ərəb dünyasının faciəsi idi və bu, müsibətləri və ağrıları bitməyəcək bir hadisədir.