QafqazTimes xəbər verir ki, İraqın Nasiriyyə və Bəsrə şəhərlərini birləşdirən yolda baş verən ağır avtobus qəzası nəticəsində çoxlu sayda iraqlı futbol azarkeşi həlak olub və yaralanıb.
Xəbər mənbələrinə görə, bu insidentdə azı 7 iraqlı həlak olub, 30 nəfər isə yaralanıb.
Qəzaya uğrayan avtobus İraq və Qətər arasında futbol matçını izləmək üçün iraqlı azarkeşləri stadiona aparırmış.
Qeyd edək ki, ötən gün axşam saatlarında İraq və Qətər milli komandaları arasında görüş keçirilib və bu görüşdə İraq Qətərə 2:1 hesabı ilə qalib gələrək Fars Körfəzi Kubokunun final oyununa vəsiqə qazanıb.