Kürdəmirin Topalhəsənli kəndində dəhşətli ailə faciəsi yaşanıb. Ər əvvəlcə keçmiş həyat yoldaşına, sonra onun nənəsinə, daha sonra isə özünə ağır bıçaq xəsarəti yetirib. Qeyd edək ki, ilkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra Hikmet Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə – anasıgilə qaçıb. Bu müddət ərzində Hikmət Əhədov onu axtarıb və daha sonra Nargilənin Kürdəmirin Topalhəsənli kəndində, nənəsigildə qaldığını öyrənib. Hadisədən sonra hər 3 yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və hazırda araşdırmalar davam etdirilir.
7-ci arvadını bıçaqlayan şəxs ona “patı” satdırmaq istəyib (Video izlə)
Əvvəlki yazı