Havayda Mauna Loa vulkanı püskürməyə başlayıb.
Onun lavası hələ ki dağın zirvəsindən kənara çıxmayıb.
Məlumata görə, vulkan yamaclarda yerləşən yaşayış məntəqələrini təhdid etmir.
Öz növbəsində, Havay Vulkanlarını Müşahidə Mərkəzi kül və vulkanik maddənin havada yayıla biləcəyi üçün püskürmə bölgəsində hava hərəkəti üçün təhlükə səviyyəsini qırmızıya (maksimuma) qaldırıb.
Qeyd edək ki, Mauna Loa dəniz səviyyəsindən 4169 metr yüksəklikdə olan aktiv vulkanıdır. Sonuncu böyük vulkan püskürməsi 1950-ci ildə baş verib. Daha kiçik miqyaslı aktivlik isə 1980-ci illərin əvvəllərinə qədər demək olar ki, hər on ildə qeydə alınıb.