Niderland-İtalyan arxeoloqlar qrupu Misirin Saqqara bölgəsində təxminən 3 min il yaşı olan yaxşı qorunmuş sərdabə tapıblar.
Ərazidə müxtəlif yazılar və qədim Misir tanrılarının təsvirləri olan bir neçə qədim ziyarətgah aşkar olunub.
Alimlər sərdabə üzərində araşdırma aparıb və onun Ramessidlər dövründə (e.ə. 1040 – b.e. 30-cu illər) yaşamış Banhezi adlı şəxsə aid olduğu qənaətinə gəliblər.
Sərdabənin özü daş sütunlu kiçik həyətə yol açan və giriş qapısı olan ayrıca məbəddir. Burada həmçinin yeraltı qəbirlərə aparan tunel və bir-birinin yanında yerləşən üç ziyarətgah var.
Məzarın içərisində mərhum Banhezi və müğənni Amon kimi tanınan həyat yoldaşı Bayanın təsvir olunduğu lövhə də tapılıb. Burada ölü ruhların axirətdə rahatlıq tapmasına kömək edən cənnət və sevinc ilahəsi Hathor tanrısına ibadət səhnəsi əks olunub.