Çin: Amerika Guantanamo həbsxanasına görə üzr istəsin
Çin xarici işlər nazirliyi insan hüquqlarının pozulduğunun sadəcə bir nümunəsi kimi Amerikanın Guantanamo həbsxanasında anti-humanist rəftarlarına görə üzr istəməsini tələb edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Çinin XİN sözçüsü Maeo Ning BMT-nin ABŞ barədə yaydığı hesabata reaksiyasında ABŞ-ın insan haqlarını pozmasının sadəcə bir nümunəsi kimi Guantanamo həbsxanasını nümunə göstərib.
Çin rəsmisi elan edib ki, Guantanamo Amerikanın insan hüquqlarına laqeydliyinin cüzi bir hissəsidir.
Qeyd edək ki, BMT hesabatında ABŞ-ın Guantanamo həbsxanasında qeyri-insani rəftarlarına görə bu hüquq pozuntusunun məsuliyyətini öz üzərinə götürməsi, məhbuslara təzminat ödəməsini tələb edilib.
Guantanamo Bay Detention Camp Kubada yerləşsə də, 1903-cü ildən ABŞ-ın ixtiyarındadır. Sahəsi 115 kvadrat kilometr olan adada 2.700 ABŞ hərbçisi var. Ada hərbi baza kimi istifadə olunur. Bu ərazi müxtəlif illərdə müxtəlif hadisələrlə yadda qalıb. Əsasən ələ keçmiş terrorçular burada ən ağır şərtlər altında saxlanılır. 11 sentyabr hadisələrində günahlandırılan bir çox məhbus indi də oradadır.
2001-ci ilin yanvar ayının 11-də Əfqanıstan müharibəsində həbs edilmiş birinci qrup Quantanamo həbs düşərgəsinə göndərilirdi; beləliklə ABŞ-ın terrorizmə qarşı mübarizədə əsas zindanı funksiyası bu düşərgəyə verildi.
11 sentyabr hadisəsindən sonra məlumat toplamaq məqsədi ilə Quantanamoda məhbusları ağır işgəncələrə məruz qoydular. Əlbəttə, Quantanamo körfəzindəki ABŞ-ın dəniz qüvvələri bazasının zindana çevrilməsi təsadüfi deyil. Çünki bu baza ölkənin məhkəmə səlahiyyətlərindən kənar ölkədə yerləşir.
