Amerikanın bir hərbi rəsmisi İranın region ölkələri ilə dəniz koalisiyası yaratma ehtimalından nigarançılığını gizlətməyib.
Əl Aləm telekanalının məlumatına əsasən,
ABŞ hərbi-dəniz qüvvələrinin Bəhreyndə fəaliyyət göstərən rəsmisi Tim Havkins gündəmə gəlmiş İranın dəniz koalisiyası xəbərinə kəskin reaksiya verərək deyib: Bu koalisiya məsələsi insan şüurunu gərginləşdirir.
Qeyd edək ki, İran Ordusunun Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani dünən (3 iyun) İran Hərbi Dəniz Qüvvələri region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ ilə birgə dəniz koalisiyası yaradacağını deyib.
Admiral İrani İran, Rusiya və Çinin dəniz koalisiyasına toxunaraq, “İran Hərbi Dəniz Qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, region ölkələri ilə birgə dəniz koalisiyası yaradacaq” deyib.