Sionist rejim naziri: Fələstin xalqı və tarixi adlı bir şey yoxdur!
Mart 20, 2023
Netanyahu kabinetinin vergi naziri Fələstin xalqı barədə saxta iddiaları ilə yenə manşetlərə çıxıb.
Əl aləm telekanalının məlumatına əsasən, bu dəfə radikal ekstremist nazir iddia edərək deyib ki, Fələstinin tarixi yoxdur və fələstinli deyə bir xalq mövcud deyil.
İfratçı nazir bu iddianı elə bir vaxtda gündəmə gətirib ki, Netanyahu hakimiyyəti çaxnaşmalarla süquta doğru gedir və bu rejimin Ədliyyə Parlamenti 1 aylıq məzuniyyətə başlayacaq. Digər tərəfdənsə Misir, İordaniya və ABŞ-ın vasitəçiliyi ilə keçirilən müzakirələrin üstündən heç 1 həftə belə ötməyib. Amma bu ifratçı nazir elə müzakirələrin qızğın vaxtında Fransada saxta iddiaları ilə şiddətli etirazlara səbəb olub.