Qafqaztimes xəbər verir ki, The Times qəzetinin araşdırması London polisi arasında bir çox sui-istifadə hallarını ortaya qoyur.
Qəzetin yazdığına görə, 2017 -ci ildən bəri 39 bölmədə 2000 -ə yaxın zabit, xüsusi mühafizəçi və sosial dəstək işçisi cinsi istismarda ittiham olunur. Bu ittihamların yarısından çoxu inzibati cəza ilə nəticələnməmiş, səkkiz iş isə tamamilə ləğv edilmişdir. Daha əvvəl də 300-ə yaxın zabitin buna oxşar rəftarları qeydə alınmışdı.
İngiltərənin keçmiş Baş naziri Tereza Mey, polisin cinsi istismar pozuntuları ilə bağlı istintaq işini dəstəkləyərək, şəffaflığın təmin edilməsini, həmçinin problemin və Sarah Everard məsələsinin kökündən həll edilməsini tələb etmişdi.
Keçən ilin sonunda 33 yaşlı Sarah Everard İngilis polis məmuru Vayne Kousins tərəfindən oğurlanaraq təcavüzə məruz qalmışdı. Bu cinayətin ifşa olunması hal-hazırda İngiltərənin təhlükəsizlik aparatına olan inamı azaldıb.
Everard öldürülməsindən sonra İngiltərədə polis zorakılığı və sui-istifadə hallarına qarşı milli bir etiraz var. Polis artıq sui-istifadə halları ilə əlaqədar bildiriş və sənədləri ictimaiyyətə təqdim etməlidir.
The Times həmçinin xəbər verir ki, son 30 gündə İngiltərə və Uelsdə, demək olar ki, 50%-i anonim olan polislə bağlı sui -istifadə halları ilə əlaqədar 40-dan çox məlumat daxil olub.