Qafqaztimes xəbər verir ki, “Sobha Makumit” internet saytı Fələstinli Uşaqları Müdafiə Beynəlxalq Təşkilatının direktoru Xalid Kramza istinadən 2000-ci ildən bəri 2000 fələstinli uşağın İsrail hərbiçiləri və ya sionist sakinlər tərəfindən öldürüldüyünü yazıb.
Shafaqna xəbər agentliyinin məlumatına görə bu hesabatda 2021-ci il fələstinli uşaqlar üçün 2014-cü ildən bəri ən pis il olub. Belə ki, bu ildə 86 uşaq qətlə yetirilib. Onlardan 67-si Qəzza müharibəsində, 15-i İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə həyatını itirib. Onlardan ikisi isə sionist sakinlər tərəfindən qətlə yetirilib.