17 gün öncə Kolumbiyada təyyarə qəzasına düşən 4 uşaq iki həftə sonra sağ tapılıb.
Bununla bağlı Kolumbiya Prezidenti Qustavo Petro öz tviter hesabında paylaşım edib.
Uşaqların böyüyünün 13 yaşlı, kiçiyinin isə 11 aylıq körpə olduğu bildirilib.
Kolumbiya Prezidenti 13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoquenun qəzadan necə sağ çıxması ilə bağlı təfərrüatları açıqlamayıb.
Lakin dövlət rəsmiləri hesab edirlər ki, uşaqlar təyyarədən qaçdıqdan sonra kömək axtarmaq üçün meşəyə doğru irəliləyiblər.
Məlumata görə, 13 yaşlı Lesli həyatda sağ qala bilmələri üçün meşədə müvəqqəti sığınacaq qurub.
Xilasedicilər uşaqları tapdıqları ərazinin bitki örtüyündən hazırlanmış müvəqqəti sığınacaq olduğunu təsdiqləyiblər.
Müəyyən olunub ki, sığınacaq ərazisindəki tullantılar uşaqların günlərlə meyvə yeyərək sağ qaldığını üzə çıxarıb.
Qeyd edək ki, mayın 1-də göyərtəsində 7 sərnişinin olduğu “Cessna 206” tipli təyyarə qəza edərək Kolumbiyanın meşə ərazisinə düşmüş, nəticədə pilot və iki sərnişin (valideynlər) həlak olmuşdu. Onların cəsədləri tapılsa da, 4 uşaqla bağlı axtarış-xilasetmə işləri aparılırdı.