İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində bu qüvvələrin təhlükəsizlik, izzət və milli kimlik qalası olduğunu vurğulayaraq fələstinli gənclərin son qəhrəmanlığı sayəsində sionist rejimin bərpası mümkün olmayan məğlubiyyətə uğradığını dedi: “Bu dağıdıcı tufanı yaradan amil qondarma qəsbkar rejimin Fələstin xalqına qarşı dayanmadan zülm etməsi, cinayətlər törətməsi və yırtıcı hərəkətlər etməsi olmuşdur. Bu rejim yalanları və yaratdığı məzlum görüntüsü ilə Qəzzaya etdiyi hücumu və Qəzza əhalisinə qarşı törətdiyi kütləvi qırğınlardakı yırtıcı və div xislətli simasını gizlədə, boşboğazlıqları ilə fələstinli gənclərin şücaətini və onların intellektual layihəsini qeyri-fəlstinlilərin boynuna ata bilməyəcək”.
Həzrət Ayətullah Xamenei son günlər Fələstndə baş verən analoqu olmayan hadisələrə işarə edərək ölkə rəhbərliyinin bu siyasi – hərbi hadisədən əvvəl tutduğu mövqeyin düzgün və yaxşı olduğunu vurğulayaraq sionist rejimin bu hadisədəki məğlubiyyətinin bütün dünya tərəfindən etiraf edildiyini dedi: “Bu məğlubiyyət hərbi və kəşfiyyat aspektlərindən bərpası mümkün olmayan bir məğlubiyyət, dağıdıcı bir zəlzələdir. Qərblilərin bütün yardımlarına baxmayaraq, Qəsbkar rejimin bu hadisənin onun hökumət strukturlarına vurduğu dərin zərbələrin izlərini silə biləcəyi zəif ehtimaldır”.
