Həyatda və çətinliklər qarşısında qələbə çalmaq üçün yumşalmalısan. İmam Əlidən soruşdular ki, ən güclü insan kimdir? Buyurdu, ən helmli (xasiyyəti yumşaq) insan. Soruşdular ki, ən helmli insan kimdir? Buyurdu, ən çox qəzəbini uda bilən insan.
Sənin qarşında duran ən böyük maneə və ən böyük düşmənin qəzəbindir. Çalış nə qədər ki, qəzəblisən, heç bir qərar vermə, heç nə demə. Qəzəblənəndə mütləq vəziyyətini dəyiş, oturmusansa, ayağa dur, ayaq üstəsnsə otur və ya yerini dəyiş və mütləq su iç. Çalış Allahla öz aranı düzəlt ki, məsumlar buyurur: Hər kim Allahla öz arasını düzəltsə, Allah da insanlarla onun arasında olanları düzəldər. Qəlbinin üzünü Allaha və Onun yaxınlarına çevir, onda görəcəksən ki, sənə arxa çevirənlər də sənə üz tutdular.
Artıq vaxtı çatıb ki, əsil dostları axtarasan. Onların ünvanı Nisa surəsinin 64 cü ayəsindədir.
Falın orjinalı
Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır.
Hafiz falı haqda
Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.
Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:
دوام عمر و ملک او بخواه از لطف حق حافظ
که چرخ این سکه دولت به نام شهریاران زد
“Ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”
Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:
به شهر خود روم و شهریار خود باشم
“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.
Şəhriyar ömrü boyu Hafizə aşiq olub
Hər günün Hafiz falını oxumaq və ümidlə həyata davam etmək üçün Qafqaztimes saytının maraq dünyası bölməsinə müracət edə bilərsiniz
5 şərhlər
탑플레이어 포커 머니상은 최첨단 보안 시스템을 갖추고 있어 안전하고 빠르게 포커 머니 거래가 가능합니다.
5ncyx0
Muchas gracias. ?Como puedo iniciar sesion?
I really like it when individuals come togerher annd share opinions.
Great blog, stik ith it!
These are iin fqct fantastic ideas iin on the tkpic of blogging.
You have touched some nice poiunts here. Anyy way
keep upp wrinting.