Rusiyanın Moskva şəhərində iki nəfər 131 avtomobildən təhlükəsizlik yastıqlarını çıxarıblar.
Onların əməllərindən dəyən ümumi zərər 19,8 milyon rublu (təxminən 413 820 AZN) ötüb.
Moskva prokurorluğunun məlumatına görə, 2022-ci ilin mart-may aylarında təqsirləndirilən şəxslər avtomobil icarəyə götürüb, qısa məsafə qət edib və təhlükəsizlik yastıqlarını söküblər.
Onların yerinə avtomobil sistemində təhlükəsizlik yastıqlarının olmaması barədə məlumatı əks etdirməyən qurğular quraşdırılıb.