QafqazTimes xəbər verir ki, Əl-Aləm-in məlumatına görə, ilk öncə şəhid Əbu Aqilə ilə vidalaşmağa gələn Qüds əhalisi Roma Katolik Kilsəsində onun cənazəsi üzərində dualar ediblər.
Məlumata görə İsrail rejimi işğal altındakı Fələstinin müxtəlif yerlərindən gələn və Qüds şəhərinin mərkəzində yerləşən Bab əl-Xəlil meydanına toplaşan mərasim iştirakçılarının qarşısını almağa çalışıb.
Minlərlə insan “Canımız fəda olsun, Qüds” şüarı səsləndirərək və şəhid Əbu Aqilənin cənazəsini çiyinlərində daşıyaraq onu dəfn ediləcəyi “Sion” məqbərəsinə tərəf aparıblar.
Əbu Aqilənin bacısı Əl-Aləmə deyib: “Bu, bütün Fələstin, ərəb xalqı və media azadlığı üçün kədərli bir gündür. Şirinin səsini kəsmək üçün qorxaqcasına onu qətlə yetirdilər. Bu, çox ağrılı hadisədir və biz müsbət nəticələrə ümid edirik, xüsusən də işğalçı rejimin kontrol edilməsinə.”