Milli Məclisin sədri Sahibə Qafarova Parlamentdə çalışan 104 məmur övladını işdən çıxarıb.
Bu barədə məlumatı “Yeni Müsavat” Media qrupunun rəhbəri, jurnalist Rauf Arifoğlu Xural TV-yə müsahibəsində deyib.
O, bildirib ki, spiker özündən əvvəlki rəhbərliyin, yəni Oqtay Əsədovun qurduğu mafiyanı dağıdıb:
“Bir müddət əvvəl spiker Sahibə xanımla görüşdüm. Çox böyük işlər görülür. Oqtay Əsədov orada bir mafiya yaratmışdı. Nazir balalarını, icra başçılarının övladları, yaxınlarını yığmışdı Milli Məclisə. Sahibə xanım bu mafiyanı məhv edib. Təsəvvür edin ki, 104 nəfər məmur övladı, yaxınını işdən çıxarıb. Özü də heç bir tapşırıq olmadan”.