Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib.
Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu edə bilməyəcəklərini anlayıblar. Ancaq hadisə yerinə gələn səkkiz xilasedici onu mənzildən çıxara bilməyib. Nəticədə onlar əlavə yardım çağırmalı olublar.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları pəncərədəki barmaqlıqları və çərçivəni kəsməli olublar.
Əməliyyat təxminən dörd saat çəkib. Nəhayət kişi mənzildən çıxarılıb və xəstəxanaya aparılıb.
1 şərh
The Basic Principles Of buy injectable steroids. https://albertp913uep8.wikitidings.com/user