Meksikanın Nuevo-Leon şəhərindəki Fundidora əyləncə parkında dəhşətli hadisə baş verib.
Amazon ekspedisiyası zamanı atası ilə kanatda sürüşən 6 yaşlı uşağın təhlükəsizlik kəməri qırılıb. Uşaq 12 metr hündürlükdən yıxılıb.
Xoşbəxtlikdən uşaq çaya düşüb və möcüzə nəticəsində sağ qalıb. Lakin ciddi psixoloji travma alıb.
Baş verən hadisə, həmçinin məşhur bölgələrdə bir sıra müəmmalı ölümlər Meksikada turistlərin təhlükəsizliyi ilə bağlı əlavə sualları meydana gətirib.