QafqazTimes xəbər verir ki, bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı yeni açıqlamalar verib.
O, öz sözlərində deyib: “Türkiyə Finlandiyanın NATO-ya daxil olması ilə bağlı fərqli qərar verə bilər ki, bu da İsveçi şoka salacaq.”
Türkiyə prezidenti çıxışının davamında son vaxtlar Avropa ölkələrində Quranın təhqir olunmasına işarə edərək deyib: “Quran yandırmaqla İslamı məhv etdilərmi? Onlar yalnız öz aralarında hökm sürən fitnə-fəsadın miqyasını ortaya qoydular.”
Bu günlərdə bir sıra ekstremist qruplaşmaların Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırması Türkiyə hökumətinin sərt reaksiyasına səbəb olub. İsveç polisinin sözçüsü İslam əleyhinə addım ataraq, Türkiyə səfirliyi qarşısında keçirilən yürüşdə ifrat sağçı Danimarka partiyasının lideri Stram Korsa Quranı yandırmağa icazə verdiklərini bildirib.
İsveçin Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi təhqir etmək üçün lisenziya verən təhqiramiz hərəkətindən sonra Stokholm və Ankara arasında gərginliyin artdığı bir vaxtda Finlandiyanın xarici işlər naziri Pekka Havisto deyib: “Danışıqlar (Finlandiya və İsveç Türkiyə ilə) dayandırılmalı və vəziyyət yenidən sakitləşəndən sonra davam etdirilməlidir.”
Finlandiyanın xarici işlər naziri İsveçdəki son hadisələri və gərginliyi nəzərə alaraq bildirib ki, Finlandiya İsveç olmadan NATO-ya üzv olmaq barədə düşünməlidir.
O, bununla bağlı bildirib: “Biz vəziyyəti qiymətləndirməliyik ki, İsveçin NATO-ya daxil olmasına uzunmüddətli mane olacaq bir məsələnin olub olmamasını bilməliyik. Bununla bağlı mövqe tutmaq hələ tezdir və bizim üçün prioritet məsələ NATO-ya üzv olmaqdır.”