Türkiyə prezidenti sionist rejimin Qərb ölkələrinin dəstəyi ilə Livana qarşı təhdidlərindən nigarançılığını bildirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Rəcəb Təyyaib Ərdoğan dünən axşam (2 iyul) deyib: İsrail Qərb ölkələrinin dəstəyi ilə qonşu ölkələrə göz dikdiyini müşahidə edirik. Qərb onlara dəstək olduğu təqdirdə islam dünyası sükut edir və bu məsələ Netanyahunun işğalçı siyasətlərinin davam etməsinə şərait yaradır.
Türkiyə prezidenti Qəzzə müharibəsinin ilk anlarından Fələstinə dəstək olduğunu vurğulayaraq deyib: Günahsız insanların qanı ilə qidalanan bu vampir öz vətəndaşlarının da tələblərinə və təhlükəsizliyinə göz yumur. Netanyahu bu təhdidlərini dayandırmadığı təqdirdə təkcə Türkiyə deyil, heç bir qonşu ölkə amanda qala bilməz.