Türkiyə prezidenti sionist rejimin günahsız fələstinlilərin qaçqın çadırlarını yandırmasına işarə edərək deyib: Bütün dünya canlı surətdə psix Netanyahunun vampirliyini izləyir.
Əl Aləm telekanalının məlumatına əsasən, Rəsəb Təyyib Ərdoğan bu gün (29 may) deyib: İsrail beynəlxalq hüquqa tabe olmayana qədər heç bir dövlət, o cümlədən Türkiyə özünü təhlükəsiz hiss edə bilməz.
Rəcəb Təyyib Ərdoğan beynəlxalq ictimaiyyətin, ilk növbədə ABŞ başda olmaqla Qərb ölkələrinin İsrailin Qəzza zolağının mülki əhalisinə qarşı cinayətlərinə məhəl qoymadığını vurğulayaraq deyib: Heç bir inanc günahsız dinc insanların çadırlarda yandırılmasına haqq qazandırmaz. Dünya Netanyahu adlı vampirin vəhşiliyini canlı izləyir. Fələstinin mülki vətəndaşlarının qanı ABŞ-ın, Avropanın dövlət və hökumət başçılarının əllərinə bulaşıb, onlar öz susqunluqları ilə İsrail “vampirizminin” ortağı olublar.
Türkiyə lideri çıxışında bütün dünyaya yayılan Fələstinə dəstək tələbə hərəkatını da alqışlayıb.