QafqazTimes xəbər verir ki, Ər-Riyad-Beyrut münasibətlərində yaranan diplomatik böhran fonunda Səudiyyə rəsmiləri Livan Hizbullah hərəkatına qarşı ittihamlara davam edir.
Səudiyyə kralı Salman bin Əbdüləzizin Hizbullah əleyhinə açıqlamalarından və hərəkatı “terrorçu” adlandırmasından cəmi iki həftə sonra başqa bir Səudiyyə rəsmisi Hizbullahı “bölgədə ərəblərin milli təhlükəsizliyini təhdid edən hərbi hərəkat” adlandırıb.
Səudiyyə mediası bu gün Ərəbistanın Livandakı səfiri Vəlid əl-Buxariyə istinad edərək yazıb: “Ümid edirik ki, Livan ərəb ölkələrinə və onların mənafelərinə hücum meydanına çevrilməyəcək və terrorçu ölkələr, təşkilatlar və qrupların öz planlarını həyata keçirməsi üçün münbit şərait olmayacaqdır.”
AFP-yə müsahibə verən Ər-Riyad səfiri Livan Hizbullah hərəkatına işarə edərək, ona qarşı ittihamlar səsləndirib.
Əl-Buxari Ər-Riyadın müxtəlif ölkələrdə, o cümlədən Yəməndəki hərbi təcavüzlərinə toxunmadan deyib: “Hizbullahın terror fəaliyyəti və hərbi addımları ərəblərin milli təhlükəsizliyini təhdid edir.”
