Səudiyyə Ərəbistanı xarici işlər nazirliyi sionist rejimin işğal olunmuş Fələstin və Cenin şəhərindəki son təcavüzkarlıqlarına qarşı kəskin reaksiya verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən,Ərəbistan XİN-i dünən axşam (20 iyun) bir bəyanat yayaraq cinayətkar rejimin Cenin şəhərindəki vandallığı nəticəsində 6 nəfərin şəhid olmasına səbəb olan əməliyyatlarını kəskin şəkildə pisləyərək bu rəftarların çox təhlükəli və beynəlxalq insan hüquqları pozuntusu olduğunu elan edib.
Qeyd edək ki, dünən sionist rejim hərbçiləri Cenin şəhərində qaçqın düşərgəsinə basqın edərək 6 fələstinlini şəhid edib və 91 nəfəri yaralayıb. Bu hadisədə 3 sionist də həlak olub və 7 nəfər ağır yaralanıb.
