Sosial media istifadəçiləri Səudiyyə hakimiyyətini təqid edən bir dini təbliğatçının üzrxahlıq videosunun təhlükəsizlik qüvvələrinin təzyiqi altında yayımladığını iddia edirlər.
Əl-Aləm telekanalının məlumatına əsasən, bir müddət öncə hakimiyyətin siyasətlərini tənqid xarakterli video paylaşan din xadimi İmad Əl-Məbiz Məlik Salman və onun vəliəhdi Məhəmməd Bin Salmana “dini kimliyinizi itirməklə ölkədən uzaqlaşmısınız” məfhumlu bir mesaj vermək istəyib. O, videoda deyib ki, bu ölkə etiqadlar əsasında formalaşıb. Amma bu gün baş verən hadisələr ölkə mentaliteti və dəyərləri ilə heç də uyğun gəlmir.
Bu videodan bir müddət sonra Əl-Məbiz digər bir videoda sözlərinə aydınlıq gətirmək istəyərək deyib: Ötən videomda dediklərimin düzgün anlaşılmadığı üçün əlavə olaraq deyirəm: Bu ölkə və ölkə başçıları, həmçinin vətəndaşları nemət, əmin-amanlıq, rifah və inkişaf içindədirlər. Allah bu nemətləri davamlı etsin və ölkəni hər bir pislikdən qorusun.
Amma sosial media isifadəçilərinin fikrincə Əl-Məbizin ikinci videosu məhz hakimiyyətin təhlükəsizlik ofisində çəkilib və ikinci videoda dedikləri sözlər onun ilk paylaşdığı videosundakı cümlələrlə uyğun gəlmir.
