Qafqaztimes xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının lideri Seyid Əbdül Məlik Bədruddin Əl-Hüsi ABŞ və Sionist rejimin zülmünün müsəlman ümmətinin dini, asayişi, azadlığı və izzəti üçün bir təhlükə olduğunu vurğulayıb.
Əl-Məsirə xəbər telekanalı Əl-Hüsiyə istinadən xəbər verir ki, Səud rejiminin ABŞ və İsrail ilə ittifaqında heç bir şübhə yoxdur.
“Yəmənə qarşı təcavüz və bölgə ölkələrinə qarşı fitnə ABŞ və İsrailin xeyrinədir”, deyən Əl-Hüsi qeyd edib ki, Yəmən xalqına qarşı törədilən cinayətlər o qədər böyükdür ki, ABŞ heç bir şəkildə onları ört -basdır edə bilməz.
Əl-Hüsi, Yəmən xalqının ABŞ və Sionist rejimin zülmünə qarşı mövqeyinin ədalətli olduğunu vurğulayaraq, ABŞ-sionist koalisiyasına qoşulanların yanıldığını söyləyib.
Ənsarullah lideri bildirib ki, ABŞ və sionist rejimin zülmləri qarşısında susmaq mümkün deyidir. Bir halda ki, bu iki rejim Yəməndən Fələstinə qədər bütün müsəlman ümmətinə olmazın zülmlər edib.