QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərakatının lideri Seyid Əbdülməlik əl-Hüsi mübarək Ramazan ayının 18-ci gecəsində çıxışı zamanı deyib: “Kompromisə gedən ölkələr İsraillə düşmənçilik edənlərin düşmənidir.”
Əl-Məsirə-nin məlumatına görə, Seyid əl-Hüsi əlavə edib: “Regional sülh və sabitlik adı altında İsraillə əlaqə quran Ali-Xəlifə, Ali-Səud və Ali-Nəhyan rejimləri hesab edirlər ki, İsrail və Amerika qarşısında susmağın heç bir problemi yoxdur.”
Ənsarullah lideri bildirib: “Kompromisə gedən rejimlər nəinki region və İslam ümməti üçün sülh və sabitlik istəmir, hətta media, maddi kömək və siyasi nüfuzları ilə fitnələri belə dəstəkləyirlər.”
O, həmçinin deyib: “BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı muzdurluğu və nökərlik etməyi sülh olaraq qələmə verməyə çalışır. Onlar Fələstinli mücahidləri terrorçu adlandırmaqla fələstinlilərə qarşı düşmənçiliklərini sübut etdilər.”
Əl-Hüsi həmçinin işğal altındakı Qüdsdə baş verən hazırkı hadisələrə və sionist mühacirlər və əsgərlərin Məscidül-Əqsaya hücumuna toxunaraq deyib: “Sionist düşmənin Məscidül-Əqsaya və ibadət edənlərə qarşı təcavüzkar hərəkətləri İsrailin İslam və müqəddəs məkanlarla düşmənçiliyini bir daha ortaya qoydu.”