Qafqaztimes xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının siyasi şurasının üzvü Muhəmməd əl-Bəxiti tvitter səhifəsində Yəmənin təcavüzə son qoyulması, mühasirənin qaldırması və xarici qüvvələrin geri çəkilməsi qarşılığında bütün hərbi əməliyyatları dayandırmağa hazır olduğunu yazıb.
O, belə qeyd edib: “G7 ölkələrinin Yəmənin Səudiyyə Ərəbistanına qarşı hücumlarını və Maribin azad edilməsi əməliyyatını qınaması və digər tərəfdən təcavüzə, mühasirəyə və işğala məhəl qoymaması beynəlxalq riyakarlığı və ikiüzlülüyü göstərir. Bu səbəbdən də Səudiyyə Ərəbistanı daxilində əməliyyatları və Yəmənin azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik.”
Yəmən Milli Qurtuluş Hökumətinin Müdafiə Nazirliyi bundan öncə xəbər vermişdir ki, ordu və xalq komitələri Əl-Bəlq dağ silsiləsində, şimaldan Marib bəndinə baxan və cənubdan “Əl-Tələtül-Həmra” sahəsinə baxan hissəyə nəzarəti ələ keçirmişlər.
1 şərh
Hello, Neat post. There’s a problem along with your site
in internet explorer, may check this? IE still is the market chief and a large section of folks will pass
over your excellent writing because of this problem.