İran XİN başçısı Nyu Yorkda Suriya XİN nümayəndəsi Bəsam Səbbağla görüşündə bu ölkə dövləti və xalqına dəstəyin davam edəcəyini bildirib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Dəməşqə son səfərinə işarə edərək deyib: Xoşbəsxtlikdən iki ölkə arasında münasibətlər yüksək səviyyədədir.
Abdullahian həmçinin Suriyanın ərazi bütövlüyü və hakimiyyətə ehtiram, ölkədəki təhlükəsizliyin stabilliyi və möhkəmlənməsini vurğulayaraq deyib: İran beynəlxalq arenada BMT kimi digər beynəlxalq cəmiyyətlərdən Suriyaya dəstəklərini davam etdirməlidirlər.
Bəsam Səbbağ da öz növbəsində İran-Suriya münasibətlərinin möhkəmlənməsindən şad olduğunu elan edərək deyib: Suriya xalqı tətbiq edilən sanksiyalara sinə gərir və dövlət də xalqın daha az çətinlik çəkməsinə səy göstərir.
