İran XİN başçısı son günlərdə iranlı hüquqşünas Nərgiz Məhəmmədinin Nobel Mükafatına layiq görülməsinə reaksiya verərək bu mükafatın ən layiqli nümayəndəsinin general Qasim Süleymani olduğunu vurğulayıb.
Far İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian general Süleymaninin dünya sülhünün simvolu, 20 il terrorizmlə mübarizədə fədakarcasına canından keçə, cinayətkarlarla mübarizə apararaq, təkcə regionda deyil, bütün dünyada sülhün bərqərar olmasını istəyən bir şəxsiyyət olduğunu xatırladaraq deyib: Nərgiz Məhəmmədinin bu mükafata layiq görülməsi tamamilə qərəzli bir siyasətin nəticəsidir.
Qeyd edək ki, iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
