QafqazTimes xəbər verir ki, bəzi ərəb rejimləri işğalçı rejimlə normallaşmaya tələsdiyi və onunla hərbi, təhlükəsizlik və siyasi müqavilələr bağladığı bir halda Əlcəzair nəinki bu rüsvayçı cərəyanı rədd edir, həm də sionistlərin Afrika qitəsinə nüfuzunun qarşısını alır.
Əlcəzair həmçinin İsrailin Afrika Birliyində müşahidəçi statusu qazanmasının qarşısını almaq üçün kampaniyaya başlayıb.
Afrika İttifaqının komissarı Musa Fəqi sionist rejimə ittifaqda müşahidəçi rolu vermək qərarına gəldiyi ilk gündən Əlcəzair Cənubi Afrika və bəzi digər ölkələrlə birlikdə bu qərarı rədd edərək, bunu Afrika İttifaqının qanunlarının pozulması adlandırıb.
Əlcəzair hesab edir ki, İsrail rejiminə Afrika İttifaqında müşahidəçi statusunun verilməsi Afrika İttifaqının daxili sisteminə tamamilə ziddir, çünki bu birlik müstəmləkəçilik, işğal və irqçiliyə qarşı mübarizə kimi prinsiplərə əsaslanır ki, sionist rejimi sadalanan bütün bu xislətlərə malikdir. Bu rejim 1948-ci ildən bəri Fələstin torpaqlarını, Suriya ərazilərini işğal edib və Fələstin xalqına qarşı irqçi cinayətlər törədib. Beynəlxalq Amnistiya Təşkilatı da sionistlərin bu irqçi siyasətlərini təsdiqləyir.