İşğalçı sionist rejim dünən gecəyarısı Əl Xəlilin qədim bazarını uçuraraq yeni bina inşasına başlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, İnsan Haqları Müdafiəçiləri Cəmiyyəti bir bəyanat yayaraq elan edib: İşğalçı rejim Əl Xəlili tam nəzarətə almaq məqsədilə Tel Ərmidə və keriyat Ərbə məntəqəsini birləşdirən bir yaşayış zolağı yaratmaq istəyir. Belə ki, bu yaşayış binaları artıq 8-ə çatıb və fələstinlilərin gediş-gəlişinə böyük bir maneə olmaqdan əlavə, bir çox mədudiyyətlər yaradır.
Qeyd edək ki, Əl Xəlil məntərəsindəki sionistlərin 40 il əvvəl müsadirə etdikləri Beyt Romano qəsəbəsi ətrafında 2012-ci ildən bu günə kimi qazıntı və təməlqoyma işləri gedir. Bu günə kimi ümumilikdə burada 50 yaşayış binası tikilib və 600 sionist sakinini 1500 hərbçili qoruyur.