Qafqaztimes xəbər verir ki, Həmasın hərbi qolu olan Kataib Əl-Qəssam (Əl-Qassam briqadaları) sözçüsü Əbu Ubeydə, cümə axşamı günü deyib: “Qatlaşdığımız hər bir zəhmətlər Məscidül-Əqsa və Qüds yolunda fəda olsun! Əl-Əqsa məscidi və Qüdsün dadına yetişməsək bizim varlığımız mənasız olardı.”
O, deyib: “Qüds bu münaqişələrin mərkəzi və açarıdır. Bu döyüş bizə Qəzza, Qərb Şəriyə, Qüds və 1948-ci ildə işğal olunmuş Fələstinin də eyni taleyə və eyni müqavimətə malik olduğunu söyləyir.”
Əl-Qəssam sözçüsü belə əlavə edib: “İordan çayının qərb sahilindəki və 1948-ci ildə işğal olunmuş Fələstindəki soydaşlarımız Qüdsü müdafiə etməkdə ön sıralarda durur və biz onlara deyirik: Silahımız sizin silahınız, qanımız sizin qanınız və taleyimiz sizin taleyinizdir.”
Əbu Ubeydə belə təkid edib: “Məscidül-Əqsaya təcavüz davam edərsə, Təl-Əviv, Dimona, Aşkelon, Aşdod və digər bölgələrə raket hücumları etmək bizim üçün su içməkdən daha asan olacaq.”