Qafqaztimes xəbər verir ki, dünən gecə İraqın Kürdüstan bölgəsindəki Ərbil Hava Limanına edilən hücumda sionist rejim kəşfiyyat xidmətinin qərargahı hədəfə alınıb.
Livanın Əl-Məyadin telekanalının bazar günü etibarlı mənbələrə istinadən verdiyi məlumatında bildirilir: “Dünən gecə İraq Kürdüstanının Ərbil Beynəlxalq Hava Limanına edilən hücumda Mossad qərargahı hədəfə alınıb.”
Bu mənbə həmçinin qeyd edib: Hədəfə alınan qərargah Mossada aid casusluq bazası olub. Bu casus yuvası pilotsuz təyyarələr və katyuşa raketlərilə hədəfə alınıb.”
Şənbə günü axşam Ərbil hava limanına naməlum dronlar hücum edib. ABŞ koalisiyası bu məlumatı təsdiqləyərək hücumda iki pilotsuz təyyarədən istifadə edildiyini bildirib.
Bundan əlavə kürd mətbuatı dünən gecə eyni zamanda ABŞ-ın Ərbildəki hərbi bazasının raket zərbəsinə məruz qaldığını da yazıb. Şahidlər bu hərbi bazaya 4 raket atıldığını bildiriblər.