Qafqaztimes xəbər verir ki, Əl-Məsirə telekanalı yazır: “ABŞ və Səudiyyə Ərəbistanı Antoniu Quterreşin səlahiyyət müddətini uzatmağa qərara gəlib. O, buna Səudiyyə koalisiyasının davam edən hücumları nəticəsində həyatını itirmiş yəmənli uşaqların cəsədləri üzərində rəqs edərək və yanmış cəsədlərinə məhəl qoymamaqla nail oldu.”
“Əslində Fələstin, İraq, Liviya və digər ölkələrin xalqları kimi hegemon ölkələrdən zülm görmüş insanların təcrübələri, məzlumlara kömək etməyin BMT-nin lüğətində yeri olmadığına şahiddirlər.”
“BMT Baş katibi, mülki şəxsləri, xüsusilə uşaqları öldürməkdə günahlandırılan ABŞ-Səudiyyə koalisiyasının cinayətlərinə məhəl qoymadı və öz payını aldıqdan sonra Səudiyyə koalisiyasına bəraət qazandırdı.”
Əl-Məsirə həmçinin əlavə edib: “Quterreşə çatan pullar onun gözlərini bağladı və bu, Yəməndəki uşaqlara qarşı cinayətlər barədə susmasına səbəb oldu.”