16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.
Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.
Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.
Ələt-Astara avtomobil yolunda baş vermiş qəzanın detalları məlum olub.
Qəza yük avtomobillərinin bir-birinə çırpılması nəticəsində baş verib.
Qəza nəticəsində ölən şəxs 1995-ci il təvəllüdlü Vüqar Əsgərlidir. Xəsarət alan şəxs isə Tofiq Salahlıdır.
TIR-lara ciddi ziyan dəyməklə bərabər onların yükləri yolun hərəkət hissəsinə dağılıb və digər avtomobillər üçün maneəyə səbəb olub.
Hadisənin görüntülərini təqdim edirik: