Məşhur “Mercedes-Benz 190” istehsala qayıdacaq. Yeni modelin ilk nüsxəsi Almaniyada “RM Sotheby”s” hərracında satılacaq və onun başlanğıc qiyməti 700 min avro (təxminən 1,3 milyon manat) təşkil edəcək.
Bu barədə hərrac evinin saytında məlumat verilib.
“Mercedes 190″ın belə yüksək qiyməti onun standart modeli deyil, istehsalçının “Evolution II” versiyasını canlandırmaq qərarına gəlməsi ilə bağlıdır. Bundan əlavə, bu avtomobillərdən cəmi 100 ədəd buraxılacaq.
Layihə “HWA” şirkəti tərəfindən həyata keçirilir. “Mercedes 190E Evolution II”nin dizaynı ən xırda detallara qədər yenidən hazırlanıb. Bununla belə, avtomobilin optikası və təkərləri də müasirdir. Avtomobilin çəkisi 1350 kq olacaq.
Bundan əlavə, müasir “Mercedes 190E Evo II” üçün tamamilə yeni 3,0 litrlik V6 kompressorlu mühərrik hazırlanır. O, iki versiyada – 443 və 490 at qüvvəsində təklif olunacaq. Pik fırlanma anı 550 Nm olacaq.
“Mercedes-Benz 190″da, həmçinin 6 pilləli mexaniki transmissiya, tamamilə yeni asqı sistemi və qabaqda 380 mm, arxada isə 360 mm diametrli daha böyük əyləclər olacaq.