QafqazTimes.com Rian-a istinadən xəbər verir: Əfqanıstanda (İslam Əmirliyi) baş nazir vəzifəsini icra edən Məhəmməd Həsən Axund 1945-ci ildə (76 yaş) Qəndəhar əyalətinin Pəncvai rayonunda Pəşmul məntəqəsində doğulub. Qəndəhar Taliban hərəkatının vətənidir. O, Talibanın yaradıcısı Molla Ömərin yaxınlarındandır.
Taliban terrorçu təşkilat kimi Rusiyada qadağandır. Bu təşkilat 1990-cı illərdə Əfqanıstanın böyük bir hissəsini nəzarətə götürmüşdü.
Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə Əfqanıstanın nəzarəti altında olan ərazidəki hakimiyyətin xarici işlər naziri, baş nazirinin müavini kimi təqdim edilmişdi. Taliban rejimi dövründə o Qəndəharın qubernatoru da olub.
Yeni baş nazir 2011-ciildə öldürülmüş Taliban lideri Molla Məhəmməd Ömərin siyasi müşaviri də olub. Məhəmməd Həsən Axund BMT-nin və ABŞ-ın sanksiya listindədir.
15 avqust 2021-ci ildə Kabilə daxil olan Taliban 7 sentyabrda müvəqqəti hökumətin tərkibini elan etmiş, Məhəmməd Həsən Axund baş nazir vəzifəsinin icraçısı təyin olunmuşdur.
Baş nazirin daha çox siyasi şəxs olduğu bildirilir. O bir neçə kitabın müəllifidir. Qəndəharda və bir müddət Pakistanda mədrəsə təhsili alıb. Qətərdə ABŞ-la 2 il davam edən müzakirələrdə Məhəmməd Həsən Axund iştirak etməyib. Onun baş nazir təyin edilməsi gözlənilməz olub.
1 şərh
Both statements acknowledge the potential side effects that may occur with use of these medications how to buy priligy in usa